• 19 Aprel 2025 09:57

Vəzifədən azad edilən Xanlar Vəliyevdən ilk açıqlama: “Mənim yola salınmağım…”

“Ölkənin hərbi prokuroru kimi səlahiyyət müddətim başa çatmışdı. Ona görə də mənim təqaüdə yola salınmağım gözlənilməz olmadı”.

 

Tacxeber.com xəbər verir ki, bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında dünən təqaüdə göndərilən Hərbi Prokuror Xanlar Vəliyev deyib.

 

Bəzi media orqanlarında Konstitusiya Məhkəməsinə hakim göndəriləcəyinə dair yazılanlara gəlincə, Xanlar Vəliyev saytımıza bunları deyib:

 

“Mən əsgərəm. Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”.

Tacxeber.com

Oxşar xəbərlər