Donald Trampdan xarici ölkə başçıları haqqında şok sözlər: – “arxamı” belə öpməyə hazırdırlar
ABŞ prezidenti Donald Tramp bildirib ki, xarici liderlər onu tarifləri dayandırmağa inandırmaq üçün ona zəng edir və yaltaqlanır.
CNN-in məlumatına görə, Milli Respublikaçılar Konqresinin Komitəsinin (NRCC) Vaşinqtonda keçirilən prezident şam yeməyində o, başqa ölkələrin nümayəndələrinin razılığa gəlmək üçün hətta onun “arxasını öpməyə hazır olduğunu” deyib: “Sizə deyirəm, bu ölkələr bizə zəng edir, arxamı öpürlər. Razılığa gəlmək istəyirlər: Zəhmət olmasa, əfəndim, bir sövdələşmə edək… Mən nə lazımdırsa, edəcəm, ser” – Tramp bildirib.