• 08 İyun 2025 22:06

Ramzan Kadırov polisi öldürən şəxsin bütün qohum-əqrabasını sürgün edir

 Ramzan Kadırov polisi öldürən şəxsin bütün qohum-əqrabasını sürgün edir
Paylaş

Çeçenistan rəhbəri Ramzan Kadırov əməkdaşın ölümü ilə nəticələnən polis postuna hücumun təşkilatçıları və icraçılarının ata və qardaşlarının regiondan qovulacağını açıqlayıb.

 

O, Telegram kanalında hüquq-mühafizə orqanlarına müvafiq göstəriş verdiyini yazıb. O, bu şəxslərin əmlakının müsadirə olunmasını da əmr edib. “Əgər bundan sonra onlar onları maliyyələşdirən Ukrayna üçün “işləməyi” dayandırmasalar, o zaman digər qohumları da qovulacaq”, – Kadırov vurğulayıb.

 

Xatırladaq ki, hadisə bazar ertəsi axşam saatlarında Açxoy-Martan şəhərində baş verib. Yerli sakin bıçaqla yol polisi əməkdaşlarına hücum edib. Hücum edən şəxs cavab atəşi ilə məhv edilib. Polis əməkdaşlarından biri dünyasını dəyişib.

Tacxeber.com

Oxşar xəbərlər