• 19 Aprel 2025 15:19

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

 

Tacxeber.com apa-ya istinadla xəbər verir ki, bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

 

Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib.

 

Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

 

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

Tacxeber.com

Oxşar xəbərlər