Türkiyənin iqtisadi durumu son hadisələrdən sonra daha da gərginləşib.
Son 3 gündə (19-20-21 mart) Türkiyə Mərkəzi Bankının yerli bazarda satdığı valyutanın həcmi 26 milyard dolları ötüb (İmamoğlunun saxlanılmasından əvvəl MB-nin net rezervləri svop daxil 73,9 milyard dollar, svop xaric 65,4 milyard dollar idi). Polis əməliyyatının həyata keçirildiyi gün – 19 martda ölkədən 15 milyard dollar kapital çıxışı baş verib. Mərkəzi Bank TL-ni […]