• 27 İyul 2024 03:30

Bir nəfərin yaşadığı dövlət:Dövlət çevrilişi, yanğın, mətbəxdə həbs…

2012-ci il, oktyabrın 11-i. Frans Press agentliyi xəbər yayır:

“Knyaz Roy Beyts 91 yaşında vəfat edib”.

Dünyanın diqqəti həmin an Britaniyaya, daha doğrusu Şimal dənizinə yönəldi. Çünki düz 45 il əvvəl Britaniya ordusunun leytenantı Roy Beyts adi bir neft platformasında öz dövlətini qurduğunu elan etmişdi.

Hə, leytenant dənizdəki neft platformalarından birini zəbt edərək, orada Silend adlı dövlətini yaratmışdı. Bu dövlətin ərazisi isə Bakının ortabab supermarketlərindən birinin ərazsi boydaydı – 500 kvadrat metri güclə keçirdi.

 

1967-ci ildə Beyts burda dövlət elan edəndə ona bir macəraçı kimi baxırdılar. Düzdür, dünya mediası bir müddət Silenddən yazdı. Hətta leytenanta gülənlər də vardı. Amma Beyts israrlı idi. O, kiçik dövlətini tanıtmaq üçün nələrə əl atmırdı? Vəziyyət o qədər ciddiləşmişdi Ki, artıq rəsmi London ona güc nümayiş etmək qərarına gəldi.

Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də, platformadan açılan xəbərdarlıq atəşinə məruz qalmışdı. Əsgərlərinin cəhdi uğursuzluqla nəticələnmişdi. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsin sərbəst buraxılması barədə hökm çıxarırlar.

 

1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Silend dollarının qəbul edilməsinə nail olur. Pasportunu hazırlayır.

Özünü Silend knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmır təbii. Maraqlıdır ki, 500 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla ora gələrək, onun oğlunu mətbəxdə həbs edirlər. Bundan xəbər tutan şahzadə Roy dərhal ölkəsinə gələrək, hakimiyyəti yenidən ələ keçirir. Çevrilişə cəhd edənlərin ikisi ölkədən kənarlaşdırılır, biri isə Silend vətəndaşlığından çıxarılır.

 

Silenddə kilsə, hətta futbol meydançası var. Dövlətin milli futbol komandası da yaradılıb. Hərçənd, ölkə vətəndaşlığını cəmi 27 nəfər daşıyır. Vətəndaşlarından yalnız 1-i burada daimi yaşayır.

 

2006-cı il 23 iyunda Silend adasında yanğın baş verir.

Nəticədə bir nəfər xəsarət alır və xilasedici vertolyot ilə Britaniya xəstəxanalarından birinə aparılır. Sonradan Silend adası tez bir zamanda yenidən özünə gəlir.

 

2007-ci ildə ölkənin sahibləri onu satmaq istəyir. İspaniyanın əmlak agentliyi İnmo-Naranja bu ölkəni 750000 avro dəyərində satışa çıxarır. Amma Silend knyazlığı dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığına və Böyük Britaniya ərazisi hesab olunduğuna görə, heç kim bu işə qol qoymur.

Roy Beyts 2012-ci ildə 91 yaşında dünyasını dəyişir. oodan sonra hakimiyyət oğlu Maykla keçir.

 

Amma dövlətin ikinci başçısı platformada yaşaya bilmir. Həyat yoldaşı ilə Böyük Britaniyaya köçür. Mayklı molyuska tədarüküylə məşğul olduğundan biznesindən keçmir və adaya maraq göstərmir. İndi bu ada dövlətdə bircə nəfər yaşayır: Mühafizəçi Maykl Barrinqton.

Tacxeber.az

 

Oxşar xəbərlər