• 21 Dekabr 2024 18:24

“Azərbaycan kişisi cinsəl olaraq həmişə acdır”

“Azərbaycan kişisi cinsəl olaraq həmişə acdır”

“2021-2022-ci illərdə Azərbaycanda “Google”da ən çox porno saytlar axtarılıb. Bu təsadüfi deyil. Mən bu barədə bir neçə dəfə danışmışam. Hər çıxışımdan sonra təqdir edənlərlə yanaşı, xoş olmayan fikirlər yazanlar da olub. Guya ki, mən mental dəyərləri heçə sayıram. Çox təəsüf ki, özümüzü bəzi mental dəyərlərə kökləyərək həyat yoldaşımıza xəyanət edirik”.

Tacxeber.az  bildirir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.

O bildirib ki, istənilən şəxs qarşı tərəfdən hər dəfə fərqli münasibət istəyir.

“Bu istək çox zaman xəyalında canlandırdığı fantaziyalarla və tərəf müqabili ilə bağlı olur. Və fantaziyalarını və intim istəklərini əksər kişilər mental dəyərləri rəhbər tutaraq öz həyat yoldaşları ilə reallaşdırmır. Düşünür ki, “ayıbdır, bunu desəm xanımım mənə necə baxar?”

Bütün günü porno saytlara baxan və oradan aldıqları adrialini reallıqda yaşamaq üçün kişilərin çoxu kənarda “ova” çıxır. Bəllidir ki, kişilər ikili münasibətdə daha çox həyacan axtarırlar. Bu həyacanı isə bəzi dəyərlərimizə görə həyat yoldaşı ilə reallaşdıra bilmirlər. Həyat yoldaşından bəzi şeyləri istiyə və tələb edə bilmirlər. Qəribədir ki, kişilərimiz istəklərini həyat yoldaşına dilə gətirməyi ayıb bilir, amma həyat yoldaşına xəyanət etməyi ayıb bilmirlər”.

Gülnar Orucova burda başqa bir məqamın olduğunu söylədi.

“Kişi öz xanımını sevir. Amma bu sevgi özünün apogeyinə, ülvilik mərhələsinə qədəm qoyduğu üçün ona müqəddəs varlıq kimi baxır. Və özünün şəhvanə hissləriylə o müqəddəsliyə ləkə gətirəcəyini düşünür. Ümumiyyətlə, sevgi və ehtiras başqa- başqa şeylərdir. İllərlə bir insanı sevə bilərsən. Amma hər zaman ona eyni ehtirasla baxa bilməzsən. Sevgi ülviləşəndə ehtiras sönür.

Belə vəziyyətdə kişilər özlərinin ehtiraslarını səngitmək üçün porno saytlara üz tutur. Sonra da pornofilmlərdə gördüyünü yaşamaq üçün kənarda tərəf müqabili axtarır. Kişilər sosial şəbəkələrdə daha çox tərəf müqabili tapmaq üçün vaxt keçirirlər. Buna yeni sevgili deməzdim. Bu yeni həyəcan axtarışıdır”.

Tanınmış psixoloq sonda onu bildirdi ki, Azərbaycan kişisi cinsəl olaraq həmişə acdır:

“Fikrimin sübutu üçün bir fakt deyim. Tez-tez mətbuatda müxtəlif məzmunda çıxışlarım olur. Fikir vermişəm intim münasibətdən söhbət açdığım müsahibələrim dəhşətli dərəcədə çox oxunur. Amma maarifləndirici çıxışlarımsa sönük oxunur. Bu da onu göstərir ki, nə qədər də mental dəyərlərdən danışsaq da istər qadınlarımız, istərsə də kişilərimiz intim söhbətlərin aclığını çəkir. Bu ehtiyaclarını ödəmək üçün də ən çox müraciət etdikləri yer internetdir”.

Tacxeber.az

Oxşar xəbərlər