Ukraynaya daha çox silah verin – Respublikaçı senator
Respublikaçı senator Miç Makkonnell hakim Demokrat Partiyasını və ABŞ Prezidenti Co Baydeni Ukraynaya daha tez yardım göstərməyə çağırıb.
Tacxeber.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
“Rusiya Ukraynanın mülki və enerji infrastrukturuna hücumlarını artırmağa davam edir. Bu bizim üçün aydın dərsdir. Bayden administrasiyası və müttəfiqlərimiz Ukraynanı Rusiyanın təcavüzünə qalib gəlmək üçün lazımi silahlarla təmin etməklə daha çox iş görməlidirlər. Aydındır ki, bura əlavə hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli silahlar, humanitar və iqtisadi dəstək daxil olmalıdır”, – Makkonnel bildirib.