“Rusiyanın təcavüzü tamamilə demontaj edilməlidir, heç bir mənəviyyatsız güzəştlərdən söhbət gedə bilməz”
“Bizim təkliflərimiz dünya üçün sülh düsturudur, bu, əsl sülhə aparan yeganə yoldur…”
“Mənəviyatsız güzəştlər yeni qan tökülməsinə aparacaq…”
“Rusiyaın danışıqlar haqqında çağırışları Ukraynanın infrastrukturuna kütləvi hücumlarla müşayət edilir…”
Ukrayna prezidenti əsl sülh üçün zəruri olanları izah edib
Ukrayna prezidenti Vladimir Zelenski bir daha Ukraynada davamlı sülhün əldə edilməsinə nail olmaq üçün zəruri olanlardan danışıb.
Onun sözlərinə görə, döyüş əməliyyatlarının, sadəcə, başa çatması kifayət etməyəcək.
Tacxeber.com xəbər verir ki, bu barədə o, Qalifaksda (Kanada) keçirilən Təhlükəsizlik üzrə Beynəlxalq forumun iştirakçılarına müraciətində deyib. Məlumatı “Ukrinform” nəşri yayıb.
“Rusiya indi qüvvələrini bərpa etmək üçün qısamüddətli atəşkəs axtatışındadır. Kimsə bunu müharibənin bitməsi adlandıra bilər. Lakin belə fasilə vəziyyəti yalnız pisləşdirə bilər”, – Zelenski deyib.
Ukrayna prezudenti vurğulayıb ki, Ukrayna ərazilərinin güzəştə gedilməsi barədə istənilən ideyaları sülh adlandırmaq olmaz.
“Mənəviyyatsız güzəştlər yeni qan tökülməsinə aparacaq. Əsl uzunmüddətli və dürüst sülh yalnız Rusiyanın təcavüzünün bütün elementlərinin tam demontaj edilməsi ola bilər”, – o, vurğulayıb.
Zelenski xatırladıb ki, Ukraynanın sülh düsturu 10 bənddən ibarətdir:
“Bu, Ukraynanın, Avropanın və dünyanın təhlükəsizliyi naminə qarşısı alınacaq çağırışlardır. Bu, dünya üçün sülh düsturudur. Bu, əsl sülhə aparan yeganə yoldur”.
Son zamanlar Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpa edilməsi barədə getdikcə daha çox çağırışlar səslənir.
“Konstruktiv danışıqlar” haqqında, əsasən, Rusiya danışır, bu zaman bu çağırışlar Ukraynanın infrastrukturuna kütləvi zərbələrlə müşayiət edilir.
Rusiya dinc şəhərlərə hücumlarını Kiyevin danışıqlar istəyinin olmaması ilə izah edir.
Lakin bəzi Qərb məmurları belə fikrə meyllənir ki, nə Ukrayna, nə də Rusiya müharibədə bəyan edilən məqsədlərə çata bilməyəcək və onlar da qış mövsümünü döyüşən tərəflər arasında dialoq üçün istifadə etməyə çağırış edir.
Xatırladaq ki, Qalifaksda keçirilən Təhlükəsizlik üzrə Beynəlxalq forum beynəlxalq siyasət məsələlərinin müzakirəsi üçün aparıcı dünya meydançalarından biridir.
O, hər il Kanadanın Yeni Şotlandiya əyalətinin paytaxtında keçirilir.