• 23 Noyabr 2024 05:22

“Ölüm öpüşü”: Bayden və Makronun əl sıxmasını ələ saldılar – Video

“ABŞ prezidenti bu yolla fransalı həmkarını heyran etmək istəyib”.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Fox News telekanalının aparıcısı Cessi Uotters bildirib. O, ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makronun Vaşinqtona səfəri zamanı onların uzun əl sıxmasını lağa qoyub.

Video Fox News-un YouTube kanalında yerləşdirilib. Belə ki, görüntülərdən də görünür ki, jurnalistin qeyd etdiyi kimi, iki siyasətçinin əl sıxması 30 saniyədən çox çəkib.

Aparıcının sözlərinə görə, Bayden Makronu heyran etmək istəyir, lakin indiyə qədər o, bu işdə o qədər də uğurlu olmayıb.

Uotters xatırladıb ki, Fransa lideri 2021-ci ilin yayında amerikalı həmkarını Əfqanıstandan tələsik geri çəkilməsinə görə tənqid edib. Makron bildirib ki, bu səbəbdən Paris “ən köhnə müttəfiqi ilə problemlər yaşayıb”.

Bundan əlavə, teleaparıcı tamaşaçılara müraciət edərək, “Və bu səhər tezdən Bayden Makronun əlindən tutdu və buraxmadı. O, buraxa bilmədi. Makron nə edəcəyini bilmirdi. Bu, İrlandiyanın “güc tutması”, “ölüm öpüşü” idi demək istəyirəm ”, – deyə istehza ilə bildirib.

Xatırladaq ki, Makron noyabrın 29-dan dekabrın 2-dək ABŞ-da səfərdədir.

Daha əvvəl ABŞ və Fransa prezidentlərinin qala-ziyafətində xidmət edən lobsterlər siyasətçilərin və ətraf mühit fəallarının tənqidinə tuş gəlib. Belə ki, qala şam yeməyinin qiyməti 500 min dollar olub.

 

Oxşar xəbərlər