İdmançının meyiti dağıntılar altından tapıldı Dünya 06 Fevral 2023 20:51 105 Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan “Yeni Malatyaspor” klubunun qapıçısı Ahmet Eyüp Türkaslan həyatını itirib. Oxu24.com xəbər verir ki, bu barədə klubun keçmiş prezidenti Adil Gevrek məlumat verib. O bildirib ki, Ahmet Eyüp Türkaslanın həyat yoldaşı dağıntılar altından sağ çıxarılsa da, futbolçu üçün bu mümkün olmayıb. Uzun axtarışlardan sonra onun cansız bədəni dağıntılar arasında tapılıb. Tacxeber.com