• 23 Noyabr 2024 18:12

“Bağışla ana, yaxşı övlad olmadım” – Aktrisa

“Bağışla ana, yaxşı övlad olmadım” - Aktrisa

Əməkdar artist Kəmalə Müzəffər sosial şəbəkədə paylaşımı ilə diqqəti özünə çəkdirib.

Tacxeber.com xəbər verir ki, aktrisa anasının həyatı barədə yazaraq ona yaxşı övlad olmadığını bildirib:

“O, doğulanda ulduzu sönmüşdü. 40 günlük olanda atası müharibəyə (1941-1945) getdi. Qara xəbəri gələndən bir az sonra anasından ayırıb, babasına (atasının atasına) verdilər. Anası isə onun 7 yaşı olarkən sətəlcəmdən dünyasını dəyişdi. Babası öləndən sonra nənəsi baxdı.18 yaşı olanda nənəsi də dünyasını dəyişdi. Nənəsinin himayəsində olan zamanı həyatının qızıl dövrü adlandırırdı. Sonra əmisi arvadının himayəsində oldu. 22 yaşında atamla evləndi. Atam qısqanc və olmazlarla dolu biridir. Mən də yaxşı övlad olmadım ona. Bütün yeməkləri şəhanə bişirirdi, amma dovğası üçün çox darıxmışam. Ömrümün sonuna qədər səndən bir xahişim olacaq. Məni bağışla ana”.

Tacxeber.com

Oxşar xəbərlər