• 23 Noyabr 2024 04:11

Məhkəmə polkovnik Elnur Məmmədovla bağlı qərar verib

Məhkəmə polkovnik Elnur Məmmədovla bağlı qərar verib

Müdafiə Nazirliyinin şikayəti üzrə həbs edilmiş ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsindəki hökmdən şikayətə baxılıb.

 

Tacxeber apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb. Polkovnik barəsindəki birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Elnur Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək bir sıra iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.

Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tacxeber.com

Oxşar xəbərlər