• 22 Noyabr 2024 23:05

Makron Paşinyana təzyiq edir: Fransanın sensasion “Azərbaycan planı”

 

Ermənistan hakimiyyəti Fransa prezidenti Makronun “Əliyevə Paşinyanın özündən daha çox təzyiq göstərdim və göstərəcəyəm” ifadələri ilə bağlı Yelisey Sarayına sorğu göndərib. 

Bu barədə Ermənistanın Aysor.am xəbər saytı Xarici İşlər Nazirliyinin mətbuat katibinə istinadən məlumat yayıb.

Maraqlıdır ki, yarım saat keçməmiş bu xəbər silinib. Görünür, Paşinyan hakimiyyətinin bu addımı əzizi Makronun ürəyincə olmayıb.

Ermənistanın isə bu silahlara görə tələsik “sevincək” vəziyyətə düşməsi, sonradan istifadə edildiyindən bixəbər olması və ya özünü bilməzliyə vurması, heç də Paşinyan hakimiyyətinin xeyrinə deyil.

395252

Fransa prezidentinin Paşinyana yönəlik ünvanladığı bu cür bəyanatlar və ya “qulaqburma”lar, o cümlədən Ermənistana müasir fransız silahlarının verilməsi, Avropa və Ukraynanın aparıcı KİV-inin dərc etdiyi yazıları bir daha təsdiqləyir:

“Makron Ermənistanda Paşinyana qarşı çıxan rusiyayönümlü revanşistlərin mövqelərini gücləndirməyə çalışır”.

Məqsəd Azərbaycanla nizamlanma prosesinə xələl gətirmək üçün Ermənistanın baş nazirinə təzyiq göstərməkdir. Əsas səbəb odur ki yalnız münaqişənin qorunub saxlanılması ilə vaxt qazanmağa çalışır. Bu isə Makrona gələcəkdə bu regionda Rusiya Federasiyası ilə əməkdaşlığı bərpa etmək perspektivi ilə Fransanın Cənubi Qafqazda mövcudluğunu daha da artırmağa imkan verəcək.

395254

ABŞ-nin “The Wall Street Journal” yazır: “Makronun Cənubi Qafqazdakı siyasəti Moskvanın regional maraqlarına uyğundur, həmçinin Vaşinqton və Brüsselin İrəvan-Bakı münasibətlərinin sülh yolu ilə nizamlanmasına nail olmaq səylərinə ziddir”.

Həmçinin bir neçə il əvvəl Fransa Cənubi Qafqazda Rusiya Federasiyası ilə strateji müttəfiq olmaq imkanını nəzərdən keçirsə də, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün başlaması, bunun qarşısını aldı.

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın mətbuata açıqlamasını yada salaq: “Müharibənin ilk günlərində Qərb Ukraynanın 48 saatdan çox davam edə biləcəyinə inanmadı və köməkdən imtina etdi. Müharibənin ilk günü – fevralın 24-də Avropanın çox nüfuzlu ölkəsindəki səfirimiz həmin ölkənin dövlət katibinin kabinetində oturub dedi: “Bizə kömək edin, müharibə başlayıb”. Üzünə gülümsəyərək cavab verdilər: “Əzizim, düzünü desək, maksimum 48 saat ərzində hər şey bitəcək və yeni reallıq gələcəksə, niyə sizə kömək edək? Bu, Aİ-nin son dərəcə nüfuzlu ölkəsində baş verdi.

395255

Kulebanın bu açıqlaması mümkündür ki, Fransa və Makrona eyhamdır. Daşları yerinə oturtdurduqda şübhə yeri qalmır. Çünki Fransa Rusiyanın “gözəgörünməz” tərəfdaşıdır, paralel olaraq İranla münasibətləri də Cənubi Qafqaz maraqlarına zidd deyil. Üçlüyün Qarabağ və Ukrayna məsələsi ilə bağlı mövqeyi eynilik təşkil edir.

Bu yaxınlarda İran prezidenti Rəisinin Makronla 90 dəqiqəlik danışığı və birincinin istəklərinin yerinə yetirilməsi də deyilənlərin doğruluğundan xəbər verir.

Belə məlum olur ki, Fransanı şəxsi çıxarlarından başqa heç nə maraqlandırmır. Nə Paşinyan, nə Ermənistan…

Samir Mirzə

Tacxeber.com

Oxşar xəbərlər