• 23 Noyabr 2024 07:58

“Baş təkcə danışmaq üçün deyil, həm də düşünmək alətidir” – Putin

“Cəmiyyətin ovqatını və xalqın rəyini görməzdən gəlmək olmaz…”

“Müharibə dövründə senzura və hakimiyyətin sərt tədbirləri zəruridir…”

Rusiyada “əcinnə ovu”na start verilib?..

Putin rusiyalı artistlərə Ukraynada müharibə barəsində emosional dəyərləndirmələrlə bağlı xəbərdarlıq edib

Rusiya prezidenti Vladimir Putin Rusiyanın mədəniyyət xadimlərinə Ukraynada müharibəni şərh etməkdən öncə düşünməyi tövsiyə edib.

Moderator.az xəbər verir ki, bu barədə o, müharibənin əvvəlində “emosional fikirlər səsləndirən” mədəniyyət xadimlərinin Rusiyaya dönüşü movzusuna toxunan özünün xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sualını cavablandırarkən deyib. Məlumatı “dp.ru” nəşri yayıb.

“Baş təkcə danışmaq deyil, həm də nəsə deməkdən öncə düşünmək alətidir”, – bunu Putin Peterburqda birləşmiş mədəniyyətlərin beynəlxalq Forumunda deyib.

Putin qeyd edib ki, hər bir insanın öz mövqeyini bildirmək hüququ var, lakin “insanların nə deməsinə deyil, nə etməsinə baxmaq gərəkdir”.

“Əgər bu fəaliyyət öz ölkənə və öz xalqına zərər vurmaq, – belə fəaliyyətlər isə mövcuddur, – o cümlədən qonorarları düşmənin hesabına köçürməklə bağlıdırsa, bu, bir tarixçədir; əgər bu, vəziyyətin dəyərləndirilməsi barədə fikirdirsə, bu, başqa məsələdir”, – prezident hesab edir.

Putin qeyd edib ki, burada vacib amil cəmiyyətin ovqatı və xalqın rəyidir. Bunu görməzdən gəlmək mümkün deyil, prezident vurğulayıb.

Rusiya lideri qeyd edib ki, 2014-cü ildə o, Rusiya ilə Ukrayna arasında münaqişə olacağını heç ağlına gətirməyib.

Mövzunu davam edərək, Putin Ömər Xəyyamın şeirini səsləndirib və öz erudisiyasını nümayiş etdirib:

Bir damla dənizdən ayrılıb ağlar,

Tanrı bağışlayan, mərhəmətlidir!

İşıq və zülmətə bölünüb dünya,

Damla hardan bilsin xoşbəxtlik nədir?..

Elə buradaca “Qafqaz əsiri” kinofilmindən badəni xatırladıb:

“Gəlin badələri o sağlığa qaldıraq ki, bizim hər birimiz nə qədər yüksəkdən uçsaq da, kollektivdən ayrılmayaq!”

Bu ərəfədə Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, müharibə dövründə senzura və hakimiyyətin sərt tədbirləri zəruridir.

Bu zaman o, tənqidlə Rusiya Silahlı Qüvvələtinin nüfuzdan salınması arasında fərqi izah etməkdə çətinlik çəkib, bu fərqin “çox incə” olduğunu söyləyib.

Xatırladaq ki, “xüsusi hərbi əməliyyat”a qarşı çıxan SSRİ xalq artisti Alla Puqaçova noyabrın əvvəlində Rusiyaya dönüb. Lakin bir neçə gündən sonra müğənni yenidən ölkəni tərk edib.

Bundan öncə Şerlok Xolms rolunun ifaçısı, Rusiyanın xalq artisti Vasili Livanov ölkəni tərk edən rusiyalı müğənni Alla Puqaçovanı pisləyib, həmçinin ölkədən gedən bütün “ulduzları” zibil adlandırıb.

Aktyor xatırladıb ki, Xolms roluna görə şəxsən Kraliçanın əlindən Britaniya imperiyasının ordenini alıb. Lakin onun heç vaxt xaricə getmək fikri ağlına gəlməyib, hərçənd, tez-tez başqa ölkələrdə çəkilib və bununla bağlı ona təkliflər də daxil olub.

Tacxeber.com

Oxşar xəbərlər