• 23 Noyabr 2024 00:55

“Hamilə halda məktəbə gələ bilərdi” – Nazirdən 13 yaşlı qızla bağlı AÇIQLAMA / VİDEO

“Hamilə halda məktəbə gələ bilərdi” – Nazirdən 13 yaşlı qızla bağlı AÇIQLAMA / VİDEO

"Hamilə halda məktəbə gələ bilərdi" - Nazirdən 13 yaşlı qızla bağlı AÇIQLAMA / VİDEO

Elm və təhsil naziri Emin Əmrullayevin ötən gün 13 yaşında ana olan yeniyetmə ilə bağlı dedikləri sosial şəbəkə müzakirə edilib.

Tacxeber.az xəbər verir ki, jurnalistin 13 yaşlı qızın 9 ay məktəbə getməməsi və məktəbdən yayınması ilə bağlı araşdrımalarla bağlı sualına nazir belə cavab verib:

“Bu məsələ ilə bağlı araşdırma aparılır. Hazırda məndə bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Həmin məktəblinin ən az 9 ay məktəbdən yayınması məntiqinizi anlamadım. Niyə yayınmalıdır ki?”

Jurnalist isə cavabında yeniyetmənin 9 ay hamilə olmasını əsas gətirib. Nazir isə “hamilə ola-ola məktəbə gələrdi” cavabını verib.

Emin Əmrullayev qeyd edib ki, müvafiq orqanlar araşdırma aparır və əldə olunan nəticələrə görə tədbir görüləcək.

Daha ətraflı videoda:

Oxşar xəbərlər