Azərbaycanlı həkim Türkiyədə faciəli şəkildə öldü – Foto
Azərbaycanlı həkim Türkiyədə faciəli şəkildə öldü – Foto
Türkiyədə azərbaycanlı həkim faciəli şəkildə ölüb.
“Qafqazinfo”nun məlumatına görə, uzman həkim Elnur Rufullayevi işdən çıxan vaxt maşın vurub. Nəticədə o, dünyasını dəyişib.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.